«AzDipServis» Agentliyi 2006-cı ildə yaradılmışdır və Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və nümayəndəliklərinə, həmçinin Azərbaycanda çalışan xarici diplomatik nümayəndəliklərə çoxsahəli xidmətlər göstərən xüsusi strukturdur. Qonaqlar üçün mehmanxanalarda otaq rezervasiyası, onların nəqliyyat və iaşə xidmətləri ilə təminatı, Bakı və Azərbaycanın bölgələri ilə tanışlıq səfərlərinin təşkili, diplomatik nümayəndəliklərin müxtəlif ixtisaslı yerli kadrlarla təmin edilməsi, diplomatların Azərbaycanda səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması Agentliyin əsas iş istiqamətlərindəndir. Agentlik həmçinin ölkədə müxtəlif səviyyəli beynəlxalq tədbirlərin hazırlanmasında və keçirilməsində yaxından iştirak edir. «AzDipServis» Azərbaycanın və xarici ölkələrin 80-dən artıq xidmət kompaniyası ilə əməkdaşlıq münasibətləri yaratmışdır və bu, diplomatik nümayəndəliklərin ən müxtəlif xarakterli sifarişlərini çox qısa zamanda yüksək səviyyədə yerinə yetirməyə imkan verir. |