"AZDİPSERVİS" agentliyi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən 2006-cı ildə yaradılmışdır və nazirliyin nəzdində fəaliyyət göstərən çoxsahəli xidmət strukturudur.
"AZDİPSERVİS"in fəaliyyətinin əsas məqsədi Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən diplomatik missiyalara, beynəlxalq təşkilatlara, xarici sərmayəli şirkətlərə, onların əməkdaşlarına, ailə üzvlərinə və müsafirlərinə, həmçinin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə və nazirliyin əməkdaşlarına fəaliyyətləri üçün mümkün qədər əlverişli və rahat şərait yaratmaq, qarşılaşa biləcəkləri müxtəlif təşkilati, məişət, texniki və başqa problemlərin həllində onlara yardımçı olmaqdır.
"AZDİPSERVİS" ölkədəki idarə, müəssisə və təşkilatlarla onların xarici qonaqlarınıın səfərlərinin təşkili, mehmanxana, nəqliyyat, iaşə və digər məsələlərinin həlli üzrə səmərəli əməkdaşlıq edir.
Agentlik fəaliyyət göstərdiyi dövrdə Azərbaycanda keçirilmiş bir neçə böyük beynəlxalq tədbirin hazırlanmasında və keçirilməsində yaxından iştirak etmişdir. Bu tədbirlər arasında aşağıdakıları xüsusi qeyd etmək lazımdır:
May, 2006 - İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) Bakı zirvə toplantısı
İyun, 2006 - İslam Konfransı Təşkilatına Üzv Ölkələrin Xarici İşlər Nazirlərinin 33-cü Sessiyası
Sentyabr, 2006 - BMT-nin Ticarət və İnkişaf Üzrə (UNCTAD) Konfransı tərəfindən "Ümumdünya Ticarət Təşkilatına Üzv Olma və İnkişaf Raundu" seminarı
Fevral, 2007 - NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planı çərçivəsində ekspertlərin seminarı
Aprel, 2007 - "Dözümlüyün və Qarşılıqlı Anlaşmanın İnkişafında Kütləvi İnformasiya Vasitələrinin Rolu" beynəlxalq konfransı
İyun, 2007 - Demokratiya və İqtisadi Əməkdaşlıq Təşkilatı - GUAM, Bakı Zirvə Toplantısı
İyun, 2008 - "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda Beynəlxalq Bakı Forumu
Dekabr, 2008 - "Strabon yolu Böyük İpək Yolunun bir hissəsi kimi" Beynəlxalq Arxeoloji Konfrans
Aprel, 2009 - İslam Konfransı Təşkilatı Hüquq Mühafizə Orqanları Rəhbərlərinin Bakı Konfransı
İyul, 2009 - Azərbaycan Respublikası Diplomatik Xidmətinin 90 illiyinə həsr olunmuş tədbirlər
"AzDipServis"in Azərbaycanın və xarici ölkələrin 80-dən artıq xidmət kompaniyası ilə mövcud əməkdaşlıq münasibətləri ən müxtəlif xarakterli sifarişləri yüksək səviyyədə yerinə yetirməyə imkan verir.


